Donald Tramp ABŞ-da keçirilən ara seçkilərində böyük uğur qazanan və 2024-cü il prezidentliyə namizədliyində adını gücləndirən Florida qubernatoru Ron DeSantisi alçaldıcı açıqlamalarla açıq şəkildə hədəfə alıb.
525.az xəbər verir ki, DeSantisi adi bir siyasətçi kimi xarakterizə edən Tramp, uğurun arxasında özünün olduğunu müdafiə edib. 44 yaşlı DeSantis Florida qubernatorluğu seçkilərində təxminən 20 xal qazanaraq Respublikaçılar Partiyasının yeni ulduzuna çevrilib. Tramp isə partiya daxilində namizədliyi üçün adı hallanan DeSantisə açıq şəkildə xəbərdarlıq edib və ondan namizəd olmamasını istəyib. Uzun-uzadı açıqlama verən Tramp potensial rəqibini "yüngülçəkili" kimi xarakterizə edib və qubernatorluq yarışına ilk girdiyi 2017-ci ildə ümidsiz halda ona müraciət etdiyini iddia edib. Tramp: "Ronun sorğuları pis idi, pulu yox idi, amma onu dəstəkləsəm qalib gələ biləcəyini söylədi. Mən də onun tökülən kampaniyasını düzəltdim", - deyib.
Sözlərinin davamında Tramp DeSantisin oyun etdiyini əsas gətirərək, namizəd olmayacağını açıqlayıb. Keçmiş prezident Florida qubernatorunun prezidentliyə namizədliyini irəli sürəcəyi təqdirdə məğlub olacağını da bildirib.

Məhəmməd Tağıyev
çap et