525.Az

Müsəlmanların əksəriyyəti ABŞ seçkilərində Demokratlara səs verib


 

Müsəlmanların əksəriyyəti ABŞ seçkilərində Demokratlara səs verib<b style="color:red"></b>

ABŞ seçkilərində fəal iştirak edən müsəlman seçicilərin böyük fərqlə Demokrat Partiyasının namizədlərinə səs verdiyi açıqlanıb. 

525.az xəbər verir ki, Amerika-İslam Əlaqələri Şurasının (CAIR) sorğusuna görə, ABŞ-dakı müsəlman seçicilərin 74 faizi aralıq seçkilərdə iştirak edib, bu seçicilərin 58 faizi demokratları, 16 faizi isə respublikaçıları dəstəkləyib. 

Digər tərəfdən, sorğuda iştirak edən müsəlmanların 22 faizi hansı siyasi partiyaya səs verdiklərini cavablandırmaqdan imtina edib.

Malik Atilay

 





12.11.2022    çap et  çap et