Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto Avropa İttifaqı Komissiyasının Ukraynaya 18 milyard avroluq yardım paketini rədd etdiyini, lakin ölkəsinin ikitərəfli razılaşmalar çərçivəsində Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.
525.az xəbər verir ki, Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto "Facebook" hesabında: "Ukraynaya dəstəyimizi davam etdirməyə hazırıq, lakin bu günə qədər olduğu kimi ikitərəfli razılaşmalar çərçivəsində", - deyib.
Szijjarto, ölkəsinin Avropa İttifaqı (Aİ) Komissiyasının təklifini rədd etməsini tənqid edən Almaniya Xarici İşlər naziri Annalena Baerboka da reaksiya verib: "Həmkarım, xarici işlər naziri vəziyyəti səhv başa düşür. Aİ-dən birgə borc almaqdan imtina etməyimiz taktiki deyil, prinsipial məsələdir. Avropanın birgə borclanması ümumi Avropa demək deyil".
Noyabrın 9-da Aİ Komissiyası Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 2023-cü il üçün 18 milyard avroluq yardım paketi təklif edib.
Malik Atilay
çap et