525.Az

Almaniyada karnaval mövsümü başlayıb


 

Almaniyada karnaval mövsümü başlayıb<b style="color:red"></b>

Almaniyada "5-ci Mövsüm" kimi tanınan karnaval mövsümü hər il noyabrın 11-də başlayır. Karnavalın paytaxtı sayılan Köln şəhərinin mərkəzində keçirilən şənliklər rəngli görüntülərə şahidlik edib. 

525.az xəbər verir ki, fərqli geyimlər geyinən karnaval iştirakçıları səhər tezdən şənliklərin keçiriləcəyi yerlərə axışıblar. Bu il Reyn çayına bitişik şəhərlərdə keçirilən karnavala on minlərlə insan qatılıb. 

Hər il noyabrın 11-də saat 11.11-də başlayan şənliklər gələn ilin mart ayına qədər davam edir. Bayram şənliklərində 1100 polis və çoxlu təhlükəsizlik işçisi iştirak edərkən, soyuq havaya baxmayaraq böyük iştirak olub.

Bu il Reyn çayına bitişik şəhərlərdə keçirilən karnavala on minlərlə insan qatılıb. 150 karnaval dərnəyinin qatıldığı əyləncə hər il Neumark, Heumarkt, Zülpüscherstr rayonlarında və Dom Meydanında keçirilir.

Malik Atilay

 





12.11.2022    çap et  çap et