525.Az

5 ildən sonra yenidən Big Benin səsi eşidilib


 

5 ildən sonra yenidən Big Benin səsi eşidilib<b style="color:red"></b>

İngiltərənin paytaxtı Londonun ən məşhur tikililərindən biri olan Big Ben Tower təxminən 5 il davam edən təmirdən sonra istifadəyə verilib və zənglər yenidən çalınıb.

525.az xəbər verir ki, təxminən 1000 fərqli hissəsi dəyişdirilən tarixi Big Ben Qülləsinin saatı və zəngi Birinci Dünya Müharibəsinin bitmə tarixi olan 11 Noyabrda canlanarkən, qüllədəki nəhəng mexanizm 1 həftə sınaqdan keçiriləcək və əgər heç bir şey səhv getməsə o, hər bazar öz adi işini davam etdirəcək. 

2017-ci ildə təmirinə başlanılan Big Ben qülləsi üçün onun yanında olan Vestminster Parlament Binasında millət vəkilləri və ingilislər böyük bir izdiham meydana gətirərək yas tutublar. 

Big Benin zənginin çəkisi təxminən 13,7 tondur və xidmətçilər eşitmə itkisinin qarşısını almaq üçün xüsusi qulaq tıxacları ilə qülləyə qalxırlar. Beş il ərzində qüllənin bütün təmirinə 80 milyon funt sterlinq xərclənib. Tikintisinə 1845-ci ildə başlanan qüllənin adı kraliçanın taxta çıxmasının 60 illiyi şərəfinə 26 iyun 2012-ci ildə parlamentin qərarı ilə "Elizabet Tower" olaraq dəyişdirilib.

Malik Atilay

 





12.11.2022    çap et  çap et