İran Səhiyyə Nazirliyinin Hava Sağlamlığı və İqlim Dəyişikliyi İdarəsinin rəisi Dr. Abbas Şahsuni bildirib ki, ölkəsində havanın çirklənməsi il ərzində 20 min 800 nəfərin ölümünə səbəb olur.
525.az xəbər verir ki, Şahsuni İranda hava çirkliliyinin yaratdığı problemlər barədə məlumat verib.Keçən il 27 şəhərdə hava çirkliliyi ilə bağlı xəstəliklərə görə 20 min 800 adamın həyatını itirdiyini bildirən Şahsuni, paytaxt Tehranda bu rəqəmin 6 min 400 olduğunu qeyd edib. Əvvəlki il eyni səbəblərdən həyatını itirənlərin sayı ölkə daxilində 41 min 700, paytaxtda isə 3 min 751 nəfər olaraq açıqlanmışdı. Tehranın havasının çirklənməsinə şəhərin hava sirkulyasiyası üçün yararsız olması, əhalinin sıxlığı, köhnə model avtomobillər və çox istifadə edilən motosikletlərdən çıxan qazlar səbəb olur.


Məhəmməd Tağıyev
çap et