525.Az

Almaniya gələn il nüvə enerjisi ilə vidalaşacaq


 

Almaniya gələn il nüvə enerjisi ilə vidalaşacaq<b style="color:red"></b>

Almaniyada son üç atom elektrik stansiyasının bu ilin sonuna qədər bağlanmasına qərar verilsə də, enerji böhranı səbəbilə  2023-cü il aprelin 15-də bağlanması  qərarlaşdırılıb.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Bundestaqın  iclasında hökumət tərəflərinın  təqdim etdiyi Aşağı Saksoniyada Emsland, Bavariyada Isar 2 və Baden-Vürtemberqdə Neckarwestheim 2 atom elektrik stansiyasının bağlanması təsdiqlənib.

Səsvermədə iştirak edən 661 deputatdan 375-i hökumətin planlaşdırdığı kimi, 15 aprel 2023-cü ildə atom elektrik stansiyalarının bağlanmasını dəstəkləyib. Ciddi enerji darboğazının yaşandığı bir vaxtda 216 deputat atom elektrik stansiyalarının bağlanmasının əleyhinə çıxıb, 70 deputat bitərəf qalıb.

Sevil Seymur

 





12.11.2022    çap et  çap et