525.Az

Almaniya kansleri İrana sərt reaksiya verib


 

Almaniya kansleri İrana sərt reaksiya verib<b style="color:red"></b>

Almaniya kansleri Olaf Şolts İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın Almaniya əleyhinə sözlərinə reaksiya verib.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, İranda həftələrdir davam edən etirazlarda nümayişçilərə göstərilən münasibəti tənqid edən Şolts: “Biz küçələrdə və məhkəmə salonlarında baş verənləri görürük. Bu, qətiyyən qəbuledilməzdir", - deyib.

Şolts: “Avropa Birliyi artıq bir neçə sanksiya paketini qəbul edib. Gələn həftə yeni sanksiyalar əlavə olunacaq. Biz İnqilab Keşikçiləri və siyasi liderlərə təzyiqləri daha da artırmaq istəyirik”, - deyə vurğulayıb.

"Almaniyada yüz minlərlə iran əsilli insan öz qohumları üçün narahatdır və rejimin nümayişçilərə qarşı törətdiklərindən dəhşətə gəlir" - deyən Şolts: "Aydındır ki, bu zorakılıq dalğasına görə yalnız İran hökuməti məsuliyyət daşıyır", - deyə əklavə edib.

Şolts zorakılığın dərhal dayandırılmasını və siyasi məhbusların və həbsdə olan jurnalistlərin azad edilməsini tələb edib.

Sevil Seymur

 





12.11.2022    çap et  çap et