Dünyaca məşhur küçə rəssamı Benksi Ukraynada Rusiyanın bombardmanları nəticəsində dağılan binanın divarında möhtəşəm əsər yaradıb.
525.az xəbər verir ki, vivar rəsimləri ilə dünyada səs salan britaniyalı qraffiti rəssamı Benksi son əsərini "Instagram" hesabında paylaşıb.
Benksinin "Borodyanka, Ukrayna" qeydi ilə paylaşdığı əsərində müharibədə dağılmış binanın divarında əlləri üzərində tarazlıq saxlayan qadın gimnast təsvir edilib.
Qeyd edək ki, dünyanın ən məşhur rəssamlarından biri olan və əsərlərində “Benksi” təxəllüsündən istifadə edən rəssam illərdir kimliyini gizli saxlayıb.
Sevil Seymur