525.Az

Putinin qorxusu


 

Putinin qorxusu<b style="color:red"></b>

İqtisadiyyatına görə dünayının ən böyük 20 ölkəsinin dövlət və hökumət başçılarının İndoneziyanın Bali adasında keçiriləcək sammitinə bir neçə gün qalıb. Dünyanın aparıcı xəbər agentliyi Reuters-in yaydığı məlumata görə,  Rusiya prezidenti Vladimir Putin samitdə iştirak etməyəcək. Rusiyanı xarici işlər naziri Sergey Lavrovun təmsil edəcəyi gözlənilir. Putinin sammitdə iştirak edib-etməyəəcyi son ayın əsas müzakirə mövzularından biri idi. Önəmli mövzulara aid xəbərlər üzərindən xüsusi informasiya əməliyyatı həyata keçirməyi məharətlə bacaran Kreml rəhbəri bütün dünyanı intizarda saxlamışdı. Dünyanın aparıcı siyasi paytaxtlarında, eləcə də sammitə evsahibliyi edən İndoneziyada Rusiya prezidentin tədbirdə iştirak edib-etməyəcəyi ciddi müzakirə olunurdu. İndoneziya rəsmiləri sammitin yüksək səviyyədə keçməsi üçün G20 qrupuna daxil olan ölkələrin hamısının ən yüksək səviyyədə təmsilçilyində maraqlı idi. Ona görə də rəsmi Cakarta Rusiya prezidentinin sammitdə iştirakında maraqlı idi. Lakin arzu olunmaz və imicinə mənfi təsir göstərən halların olacağından ehtiyyatlanaraq Putinin sammitdə iştirakdan yayınacağı da ehtimal edilirdi. İndi isə Reuters-in yaydığı məlumata görə, Putin sammitdə iştirak etməyəcək. Rusiya dövlət başçısının sammitin müzakirələrindən birinə onlayn şəkiləd qoşula biləcəyi də istisna deyil. İndoneziyanın Dənizçilik və investisiya nazirinin mətbuat katibi Codi Mahardinin mətbuat katibi bildirib ki, Putin görüşlərdən birində onlayn iştirak edə bilər.

Sammitdə Ukraynadan da nümayəndə heyəti iştirak etməsi gözlənilir. Ancaq Ukrayna prezidenti Volodimir Zelenskinin sammitdə şəxsən iştirak edəcəyi sual altındadır. Ukrayna dövlət başçısının sammitin işində onlayn formatda iştirakı ehtimalı daha çoxdur. Böyük yeddilərin son toplantısında iştirak edən Ukrayna prezidentinin G20-də iştirakı Kiyevin beynəlxalq siyasətdə rolunun güclənməsinin sübutu kimi də qəbul oluna bilər. Ruisyanın Ukraynaya qarşı müharibəsi başlayan gündən, yəni fevralın 24-dən Ukrayna prezidenti ölkəsini tərk etməyib. Ən mötəbər tədbirlərə də onlayn formatda itirak edən Volodimir Zelenski Cakarataya getsə, bu onun ilk səfəri olacaq. G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Bayden və Çin rəhbəri Si Cinpinin təkbətək  görüşü gözlənilir.

Ağ evin sözçüsü Karine Jean-Pierre yaydığı yazılı açıqlamada bildirilir ki,  Co Bayden və Cinpin görüşü noyabrın 14-də gerçəkləşə bilər. İki liderin ABŞ və Çin arasında kommunikasiya şəbəkələrinin saxlanması və dərinləşdirilməsi müzakirə edəcəyi gözlənilir. Bundan başqa iki ölkə arasında rəqabətin idarə olunması, maraqlara uyğun işləmək və transmilli problemlərin həlli istiqamətdə birgə əməkdaşlıq müzakirə olunacaq. Digər tərəfdən, görüş haqqında jurnalistlərə məlumat verən və adının açıqlanmasını istəməyən yüksək rütbəli Ağ ev rəsmisi Baydenin Tayvan boğazı, insan haqları pozuntuları və Çinin "zərərli iqtisadi hərəkətləri" kimi məsələlərlə bağlı Vaşinqtonun  narahatlıqlarını dilə gətirəcəyii iddia edib. Görüş zamanı Rusiyanın Ukraynaya qarşı müharibəsi də müzakirə olunacaq.

Siyasi şərçilər G20 sammitini beynəlxalq münasibətlərdəki gərginliyin yumşaldılması üçün böyük dövlətləri çıxış yolu tapacaqlarına ümid bəsləyirlər. Ancaq bu gözləntinin gerçəkləşmə ehtimalı çox azdır.

 





14.11.2022    çap et  çap et