Yaponiyanın Baş naziri Kişida Fumio "ASEAN-ın Hind-Sakit Okean üzrə perspektivi" çərçivəsində dəniz əməkdaşlığı və infrastruktur sahələrində əməkdaşlığı gücləndirəcəklərini bəyan edib.
525.az xəbər verir ki, Kambocada keçirilən ASEAN 2022 Sammiti çərçivəsində Yaponiya və Çin Baş nazirləri və Cənubi Koreya Prezidentinin iştirakı ilə ASEAN+3 çərçivə toplantısı keçirilib. Kambocanın Baş naziri Hun Senin rəhbərlik etdiyi iclasda Yaponiyanın Baş naziri Kişida Fumio, Çinin Baş naziri Li Kiqiang və Cənubi Koreya Prezidenti Yoon Suk-yeol iştirak ediblər.
Təxminən 90 dəqiqə davam edən görüşdə Kişida ölkəsinin "ASEAN-ın Hind-Sakit Okean üzrə perspektivi" baxışını dəstəklədiyini və regional tərəfdaşları ilə əməkdaşlığı artıracağını bildirib. Gələn il istifadəyə verilməsi planlaşdırılan "ASEAN+3 Əməkdaşlıq İş Planı" çərçivəsində Kisida, strukturun hədəfinin rəqəmsal iqtisadiyyata və dayanıqlı kənd təsərrüfatına yönəldiləcəyini də bildirib. Rusiyanın Ukraynaya hücumlarını pisləyən Yaponiya baş naziri bildirib ki, Asiyada status-kvonun birtərəfli və zorla dəyişdirilməsi heç bir şəkildə dözülməzdir. Şimali Koreyanın hədələyici raket sınaqlarını "beynəlxalq cəmiyyət üçün açıq və ciddi təhdid" olaraq xarakterizə edən Kişida, Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyaya qarşı sanksiyalarının tam şəkildə həyata keçirilməsini tələb edib.
Məhəmməd Tağıyev
çap et