525.Az

Pişik Cocci köhnə evinə getmək üçün 600 kilometr yol qət edib


 

Pişik Cocci köhnə evinə getmək üçün 600 kilometr yol qət edib<b style="color:red"></b>

Fransada bir pişik yeni evini bəyənməyib və köhnə evinə qayıtmaq üçün 600 kilometr yol qət edib. Coccinin uzun səyahəti hər kəsi təəccübləndirib.

525.az xəbər verir ki, Fransada yaşayan pişik Cocci solo macərası ilə gündəm olub. Hər şey Cocci-nin sahibi olan ailənin başqa şəhərə köçməsi ilə başladı. Cocci köçmələrindən bir neçə həftə sonra yoxa çıxdı. Pişiyi axtaran ailə heç bir nəticə verməyib. Ta ki, bir ildən sonra heyvanlarla əlaqəli bir saytda onun şəklini görənə qədər. Məlum olub ki, Cocci ailənin keçmiş evindən 10 kilometr aralıda olub. Ailənin köçdüyü şəhərin iqliminə uyğunlaşa bilməyən pişiyin köhnə evinə qayıtmağa çalışdığı anlaşılıb. Öldüyü zənn edilən pişik bunun üçün 600 kilometr yol qət edib. Pişik Cocci indi köhnə ailəsinə yenidən öyrəşməyə çalışır.

Məhəmməd Tağıyev

 





13.11.2022    çap et  çap et