525.Az

Cənubi Koreyadan Çin və Yaponiya ilə əməkdaşlığı yenidən aktivləşdirmək üçün mesaj


 

Cənubi Koreyadan Çin və Yaponiya ilə əməkdaşlığı yenidən aktivləşdirmək üçün mesaj<b style="color:red"></b>

Cənubi Koreya Prezidenti Yoon Suk-yeol ölkəsi ilə Çin və Yaponiya arasında üçtərəfli əməkdaşlıq mexanizmlərinin tezliklə yenidən işə salınacağına ümid etdiyini bildirib.

525.az xəbər verir ki, Kambocada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) 2022-ci il Sammiti çərçivəsində Cənubi Koreya Prezidenti Yoon və Yaponiyanın Baş naziri Kişida Fumio və Çinin Baş naziri Li Kiqyanqin iştirakı ilə ASEAN+3 çərçivə toplantısı keçirilib. Yoon ölkəsinin Cənubi Koreya, Çin və Yaponiyanı təmsil edən ASEAN+3 koordinatoru və bu il üç ölkə arasında keçiriləcək sammitin sədri kimi fəal rol oynayacağını bildirirərək: "Ümid edirəm ki, üçtərəfli əməkdaşlıq mexanizmləri, o cümlədən Cənubi Koreya-Çin-Yaponiya sammiti tezliklə yenidən işə salınacaq", - deyib. Ərzaq təhlükəsizliyi və enerji təhlükəsizliyində böhrana, eləcə də müharibə və insan hüquqlarının pozulmasına toxunan Yoon: " Ümidvaram ki, üzləşdiyimiz çoxsaylı böhranları aradan qaldırmaq üçün gələcəyə hesablanmış əməkdaşlığımızı daha da gücləndirəcəyik", - ifadələrini işlədib.

Qeyd edək ki, üç ölkə 2019-cu ilin dekabrında Çində keçirilən son görüşdən sonra üçtərəfli sammit keçirməyib.

Məhəmməd Tağıyev

 





13.11.2022    çap et  çap et