525.Az

Tarixdə bu gün: Serb-Bolqar müharibəsi - ARAŞDIRMA


 

Tarixdə bu gün: Serb-Bolqar müharibəsi - <b style="color:red">ARAŞDIRMA</b>

Serb-Bolqar müharibəsi Balkanlarda sülhü təmin edə bilməyən Berlin müqaviləsi (1878) nəticəsində Bolqarıstan Knyazlığı ilə Serbiya arasında başlayan müharibədir.

Şərqi Rumeli vilayətində çevriliş edildi və bu muxtar vilayət Osmanlı imperiyasından ayrılaraq Bolqarıstana birləşdirildi. Berlin müqaviləsində ona verilən torpaqların yetərli olmadığı qənaətinə gələn Serbiya Bolqarıstandan torpaq tələb etmiş, Bolqarıstan isə bunu qəbul etməmiş və müharibə başlamışdır. Serbiyanın qısa müddətdə müharibədə qalib gələcəyi gözlənilirdi və serblər irəliləməyə başladılar. Lakin, Bolqar şahzadəsi I Aleksandr müharibədə qalib gələrək Serbiya ərazisinə daxil oldu.

Avstriyanın Belqraddakı səfiri qraf Kevenhueller Bolqarıstanın qərargahına gedərək hərbi əməliyyatların dayandırılmasını tələb edib. O, əgər istəməsə, Avstriya-Macarıstanın Serbiyanın xeyrinə müharibəyə girəcəyini bildirmişdi. Bolqarlar isə bu təhlükəyə qarşı barışığa razılaşdılar. Müharibəyə son qoyan müqavilə 1812-ci ildə imzalanan Buxarest müqaviləsi idi. Bu müqaviləyə görə Serb-Bolqarıstan sərhədinin dəyişməz qalmasına, lakin Şərqi Rumelinin Bolqarıstanda qalmasına qərar verildi.

Məhəmməd Tağıyev

 





13.11.2022    çap et  çap et