525.Az

Putin İran Prezidenti ilə telefonla danışıb


 

Putin İran Prezidenti ilə telefonla danışıb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin İran Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. 

525.az xəbər verir ki, Kreml Sarayından verilən məlumata görə, görüş zamanı gündəmdəki məsələlər müzakirə edilib. 

Kommersiya, iqtisadi və siyasi sahələrdə, o cümlədən nəqliyyat və logistika sektorunda əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə Rusiya və İran qurumları arasında əlaqələrin intensivləşdirilməsinə dair razılıq əldə olunub. 

Bundan əlavə, Putin oktyabrın 26-da Şirazda Şah Çərəq ziyarətgahında törədilən terror aktı ilə bağlı başsağlığı verib.

Malik Atilay

 





13.11.2022    çap et  çap et