525.Az

"Sülhməramlı missiya öz vəzifəsini yerinə yetirmir"


 

"Sülhməramlı missiya öz vəzifəsini yerinə yetirmir"<b style="color:red"></b>

“Sülhməramlı missiyanın əsas vəzifəsi bölgəyə sülhün gəlməsində, bölgədə sülhün təmin olunmasındakı prosesə töhfə verməkdir. Yəni, adından göründüyü kimi, sülhün təmin olunması üçün çalışmadan və fəaliyyətdən söhbət gedir. Amma biz bu gün başqa bir məsələni görürük. Təəssüf ki, sülhməramlı missiya öz vəzifəsini yerinə yetirmir”. 

525.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov deyib. 

Millət vəkili qeyd edib ki,  sülhməramlılar Azərbaycanın işğalda olan digər ərazilərinə humanitar adı altında silah-sursatın daşınmasına göz yumur: Bu, onu göstərir ki, sülhməramlı missiya öz vəzifəsinin öhdəsindən gəlmir. Ermənistandan Qarabağa silah daşınmasına göz yumur. Bu, qəbuledilməzdir və dəfələrlə Azərbaycan bununla bağlı öz fikrini bildirib:

"Hesab edirəm ki, bu tip məsələlərə göz yumulmamalıdır. Ermənistanın Qarabağa silah daşımasının qarşısı qətiyyətlə alınmalıdır və bununla bağlı bütün tərəflərin üzərinə böyük bir vəzifə düşür. Hər kəs çalışmalıdır ki, bu vəzifəni yerinə yetirsin. Azərbaycan Qarabağa yeni yolu ona görə çəkməyib ki, buradan silah-sursat daşınsın, yəni bu yolun çəkilməsində əsas hədəf və məqsəd humanitar fəaliyyət və humanitar fəaliyyətə şəraitin yaradılmasıdır. Amma belə addımlar isə bu münasibətlərin korlanmasına gətirib çıxarır”. 

Sevinc Qarayeva 

 

 





13.11.2022    çap et  çap et