Kolumbiya Prezidenti Qustavo Petro Venesuelada hökumət və müxalifət arasında danışıqlarının bərpa olunacağını açıqlayıb.
525.az xəbər verir ki, rəsmi səfərdə olduğu Fransanın paytaxtı Parisdə açıqlama verən Petro Argentina Prezidenti Alberto Fernandez, Venesuela hökumətinin nümayəndəsi Xorxe Rodriges və müxalifət nümayəndəsi Gerardo Blyde ilə görüşüb.
Petro iqtisadi embarqoların ləğvini və Venesuelada tərəflər arasında dialoqu təşviq etmək üçün ümumi amnistiyanı təklif edib. Ölkəsində qalmaq istəyən venesuelalıların vəziyyətini yaxşılaşdıracağını vəd edən Petro: “Venesuela iqtisadiyyatına maneələrin aradan qaldırılması, cinsi köləliyə məruz qalan milyonlarla insana qarşı artan zorakılığın aradan qaldırılması üçün humanitar tədbirlərin görülməsini təklif etdim", - deyib.
Petro Venesuela hökuməti ilə müxalifət arasında 2021-ci ilin avqustunda Meksikada başlayan danışıqlarda irəliləyiş olduğunu və dialoq yolunu dəstəklədiklərini bildirib.
Malik Atilay
çap et