525.Az

"Xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır"


 

"Xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır"<b style="color:red"></b>

“Bu gün Azərbaycanda keçirilən qəbul imtahanlarında keçid balı toplaya bilməyən abituriyentlər xarici ölkələrdə, daha çox qardaş Türkiyədə distant və ya fərdi (individual) qrafik üzrə təhsilə üstünlük verirlər. Xaricidə təhsil xidməti göstərən şirkətlər valideyin və abituriyentlərin məlumatsızlığından istifadə edərək onları təhsilin bu formasına yönəldirlər”.

525.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O vurğulayıb ki, sözügedən universitetlər, ixtisaslar ölkəmizdə tanınsa da, təhsilalma forması bizim normativ hüquqi aktlara uyğun olmadığından diplomları tanınmır. Şirkətlər valideyn və abituriyentlərə Elm və Təhsil Nazirliyi tərəfindən həmin universitetlərin tanndığını göstərirlər və bu barədə nazirliyin müvafiq idarəsinin rəsmi saytında da məlumat var. Lakin universitetin ölkəmizdə rəsmi tanınması onun təhsilalma formasının da tanınması demək deyil:

"Təəssüflər olsun ki, xaricdə təhsil alan azərbaycanlıların yarısının diplomu ölkəmizdə tanınmır. Buna səbəb isə bəzən xaricdə təhsil şirkətləri, bəzən isə tələbə məlumatsızlığı olur. Tələbələr lazımi araşdırma etmədən və kifayət qədər məlumat əldə etmədən xaricdə təhsil üçün müraciət edirlər. Sonda isə illərini, zamanlarını boş yerə sərf edirlər və Azərbaycanda tanınmayan diplom əldə edirlər. Nəticə etibari ilə əmək fəaliyyətini icra edə bilmirlər, iş tapmaqda çətinlik çəkirlər".

Sevinc Qarayeva 
 

 

 





13.11.2022    çap et  çap et