525.Az

“Ali məktəblərin akreditasiyasının keçirilməsi vacibdir “


 

“Ali məktəblərin akreditasiyasının keçirilməsi vacibdir “<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, oktyabrda "Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" və "Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" təsdiqlənib. Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyası qərar qəbul edib. Hər bir qiymətləndirmə meyarı üzrə toplanılan maksimal bal indikatorların sayından asılı olaraq müəyyən edilir. Hər bir indikator üzrə maksimal balın ölçüsü 3-dür. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə həvalə edilib.

"Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları" və "Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları"nın təsdiq edilməsi barədə qərarda qeyd edilib ki, ali təhsil müəssisəsinin (ATM) missiyası, strategiyası, strateji istiqamətləri və hədəfləri, eləcə də strateji inkişaf proqramının icrası və monitorinqi aparılacaq. Qiymətləndirmə zamanı universitetlərdə keyfiyyət təminatı, daxili kefiyyət təminatı mexanizmləri, təhsilalanların qəbulu və əvvəlki kvalifikasiyaların tanınması, təhsil proqramları, tədrisin təşkili, professor-müəllim heyəti, tələbəyönümlü tədris, təhsil proqramlarının monitorinqi və yenilənməsi, karyera xidməti və məzunlarla davamlı əlaqə sistemi, elmi-tədqiqat strategiyası, tədqiqat resursları, elmi-tədqiqat fəaliyyəti də araşdırılacaq.

525.az xəbər verir ki, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, ali məktəblərin akreditasiyasının keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu ali təhsil müəssisələrinin keyfiyyət təminatını, dərsliyin vəziyyətini, universitetlərin pedoqoji heyyətini monitorinq etmək məqsədi daşıyır:

"Bizim ali təhsil müəssisələrimiz Avropa məkanına inteqrasiya edirlər. Bu yaxınlaşmanın səviyyəsinin ölçülməsi vacibdir. Akreditasiya geniş fəaliyyəti özündə birləşdirəcək. Bu həm də ali təhsil müəssisələri artasında rəqabət mühitini formalaşdıracaq, həm də universitetlərin durumu ortaya çıxacaq. Konkret indiqatorlar tətbiq olunmaqla prosesin həyata keçirilməsi kreditasiyanın şəffaflığını təmin edərək çatışmazlıqları üzə çıxardacaq. Bununla universitetlər öz gələcək hədəflərini müəyyən edə biləcəklər".

O bildirib ki, akreditasiyanın aparılmasının beş ildən bir yox, daha az müddətə həyata keçirilməsi daha yaxşı olardı. Onun fikrincə, bu ali təhsil müəssisələrinin beynəlxalq təhsil standartlarına yaxınlaşmasına gətirib çıxardacaq.

Sevinc  Qarayeva 

 

 





13.11.2022    çap et  çap et