525.Az

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başlayıb


 

Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başlayıb<b style="color:red"></b> Bu gün Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu başlayıb.
 
“APA-Economics”in məlumatına görə, forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiya müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir.
 
Onun sözlərinə görə, bu gün bu əlaqələr müxtəlif sahələrdə günü-gündən daha da genişlənir: “Bu gün Azərbaycan Rusiyaya ilə kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində aktiv əməkdaşlıq edir. Bu günə qədər iki ölkə arasında 160-dan artıq sahədə əməkdaşlıq sazişi imzalanıb. Bunlardan 40 iqtisadi sahələrini əhatə edir”.
 
Nazir qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar təşkil edir. Bu gün Azərbaycan Rusiya üçün ixracda 3-cü, idxalda isə 1-ci yerləri tutan ölkədir.
 
O vurğulayıb ki, Azərbaycana son illər ərzində Rusiyaya 1 mlrd. dollardan artıq sərmayə yatırıb. “Azərbaycan Dövlət Neft Şirkəti Rusiyaya investisiya yatırımları edir. Bu gün Azərbaycan Rusiyanın regionları ilə də əməkdaşlığı genişləndirir. Azərbaycan Rusiyanın 15 regionu ilə müxtəlif sahələri əhatə edən iki tərəfli sazişlər imzalayıb”, - deyə nazir bildirib.
 
Ş. Mustafayev deyib ki, bu gün 100–dan artıq Azərbaycanı tələbə Rusiya ali məktəblərində təhsil alıb. İldən ilə Rusiyada təhsil almaq istəyən tələbələrin sayı hər il artır. Nazir qeyd edib ki, bu gün Azərbaycanda rusdilli məktəblərin sayı da kifayət qədərdir.
 
Qeyd edək ki, 23-24 iyun tarixlərində keçiriləcək forum çərçivəsində plenar iclasının keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.
 
Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edir.
 
Forumun yekun plenar iclasının sonunda Azərbaycan və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.
 





23.06.2014    çap et  çap et