525.Az

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib


 

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib<b style="color:red"></b>

Ukrayna hərbçiləri noyabrın 13-də Luqansk vilayətinin Krasnoreçensk icmasının Makeyevka kəndi üzərində nəzarəti bərpa ediblər.

Bu barədə 525.az “Report”a istinadən xəbər verir.

"Luqansk vilayəti cəbhəsindən xəbərlər: Svatovsk rayonunun Krasnoreçensk qəsəbə icmasında yerləşən Makeyevka kəndi "mavi zonaya" keçir. Ukrayna hərbçiləri qəsəbəyə nəzarəti bərpa ediblər", - məlumatda deyilir.

Noyabrın 5-də bildirilib ki, Luqansk vilayətinin Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində Rusiyanın Voronej vilayətindən səfərbər olunmuş batalyonu zərərsizləşdirilib.

 





13.11.2022    çap et  çap et