525.Az

ABŞ və Çin liderləri ilk dəfə üz-üzə görüşəcək


 

ABŞ və Çin liderləri ilk dəfə üz-üzə görüşəcək<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin 15-16 noyabrda İndoneziyanın Bali adasında keçiriləcək G20 Sammiti çərçivəsində görüşəcəklər.

525.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden və ÇXR Sədri Si Cinpin görüşəcək. Qlobal güc rəqabətinin və ABŞ və Çin arasında gərginliyin artdığı dövrə təsadüf edən görüş Baydenin vəzifəyə başlamasından sonra iki liderin ilk üz-üzə görüşü olacaq. Görüşdə liderlərin Tayvan, insan haqları, iqtisadi rəqabət, Ukrayna müharibəsi və Rusiyaya münasibət, həmçinin Şimali Koreya və nüvə silahı ilə bağlı müzakirələr aparması, gərginlik mənbəyi olan münaqişələrdə öz qırmızı xətlərini ortaya qoyması gözlənilir. Liderlər daha əvvəl - hər ikisi vitse-prezident olarkən qarşılıqlı səfərlər və üzbəüz görüşlər etmişdilər, lakin Bayden keçən ilin əvvəlində vəzifəyə gəldikdən sonra heç vaxt görüşməmiş, yalnız iki dəfə onlayn və bir dəfə telefonla görüşmüşdülər. COVID-19 epidemiyasının başlamasından sonra ÇXR Sədri Si xaricə səfərlərini təxminən 2,5 il dayandırmış və üz-üzə diplomatiyadan yayınmışdı.

Si İndoneziya Prezidenti Coko Vidodonu iyul ayında Pekində ilk dəfə qəbul etmiş, sentyabrda ilk xaricə səfərini Qazaxıstana etmiş, daha sonra Özbəkistana gedərək Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak etmişdir. Ağ Ev rəsmiləri Si-Bayden görüşündə "Tayvan, insan haqları, Ukrayna müharibəsi və zərərli iqtisadi təcrübələrin müzakirə ediləcəyini" bildirsələr də, problemlərinin tam həll olunacağının və mühüm uzlaşmanın gözlənilmədiyini ifadə ediblər.

Məhəmməd Tağıyev

 





14.11.2022    çap et  çap et