İranın İsfahan əyalətində motor yağı zavodunda yanğın baş verib. İlk təsbitlərə görə can itkisinin olmadığı yanğına xilasetmə qrupları müdaxilə edib.
525.az xəbər verir ki, İsfahan əyalətinin Mübarək şəhərində mühərrik yağı zavodu alovlara təslim olub. İsfahan Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi hadisə ilə bağlı açıqlama verib. İlkin məlumata görə, yanğın zamanı itki olmayıb və əraziyə 20 yanğınsöndürən və xilasetmə qrupu cəlb olunub. Müdaxilə sayəsində yanğın bir neçə saata söndürülüb.
Qeyd edək ki, sənaye zonasında yerləşən fabrikdə baş verən yanğının ətraf mühitə keçəcəyi narahatlıq doğururdu.
Məhəmməd Tağıyev
çap et