525.Az

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi


 

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi müəyyənləşdi<b style="color:red"></b>

Bu gün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

525.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Premyer Liqamızın son qalibi  "Qarabağ”ın  II təsnifat mərhələsindəki rəqibi də bu gün məlum olub.

Aktivində 7,575 xal olan Ağdam təmsilçisi püşk zamanı səpələnmişlər səbətində yer alıb ki, bu da ilk dəfə ÇL-da iştirak edəcək Qurban Qurbanovun komandasının nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradacaqdı.


Artıq “Qarabağ”ın rəqibi müəyyənləşib. Son Azərbaycan çempionu ikinci təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ikinci təsnifat məhələsində ilk oyunlar 15-16 iyul, cavab qarşılaşmaları isə 22-23 iyulda keçiriləcək.


"Valetta" (Malta) - "Qarabağ" (Azərbaycan)

 





23.06.2014    çap et  çap et