525.Az

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək


 

Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edəcək<b style="color:red"></b>

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Erkin Qədirli “ABŞ-da aralıq seçkilər: ABŞ demokratiyasına, Avropa İttifaqına və dünya siyasətinə təsirləri” mövzusunda keçiriləcək konfransda iştirak etmək üçün noyabrın 15-də Belçikanın paytaxtı Brüssel şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az-a verilən xəbərə görə, deputat konfrans çərçivəsində müxtəlif mövzularda keçiriləcək sessiyalara da qatılacaq.
Səfər noyabrın 17-də başa çatacaq.
 

 





14.11.2022    çap et  çap et