525.Az

Nazirlik güclü küləklə bağlı məlumat yaydı


 

Nazirlik güclü küləklə bağlı məlumat yaydı<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyi 22-23 iyun tarixlərində Azərbaycanda  müşahidə edilən küləyin sürəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə,  əvvəlcədən xəbər verildiyi kimi, iyunun 22-23-də bəzi Kür vadisi rayonlarda, eləcə də ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda küləyin maksimal sürəti 18-26 m/s-yə çatıb.
 
Bakıda və Abşeron yarımadasında isə küləyin sürəti 30-32 m/s-dək güclənib.
 





23.06.2014    çap et  çap et