525.Az

AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək


 

AMEA-da “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək<b style="color:red"></b>

Noyabrın 16-da AMEA-nın əsas binasında “Şuşa İli”nə həsr olunmuş “Qarabağ irsi: Mədəniyyət, memarlıq, incəsənət” mövzusunda II beynəlxalq elmi konfrans təşkil ediləcək.

Bu barədə 525.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, beynəlxalq tədbir AMEA-nın Humanitar Elmlər Bölməsi və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək.

Konfransda “Şuşa sənət beşiyidir. Şuşa xalçaları və onların dünya mədəniyyətində yeri”, “Ornament quruluşu baxımından Qarabağ və Anadolu xalçaları”, “Şuşa Azərbaycanın musiqi mədniyyətidir”, “Qarabağ səsinin təsiri və fenomenologiyası”, “Şuşanın şəhərsalma problemləri”, “Qarabağın memarlıq irsi və onun mühafizəsi” və digər mövzularda məruzələr dinləniləcək.

Sevinc Qarayeva 

 





14.11.2022    çap et  çap et