Yaponiyanın Baş naziri Kişida Fumio Çini ölkəsinin suverenliyini pozmaqda və Asiya-Sakit okean regionunda gərginliyi artırmaqda ittiham edib.
525.az xəbər verir ki, Kişida Kambocada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində: "Çinin Şərqi Çin dənizində Yaponiyanın suverenliyini pozan hərəkətləri getdikcə davam edir", - deyib.
Çinin regional gərginliyi artırdığını ifadə edən Yaponiya Baş naziri bu ölkənin Tayvan boğazının təhlükəsizliyini təhlükəyə atdığını iddia edib. Kişida Tokionun nəzarəti altında olan, lakin Pekinin iddia etdiyi Senkaku adaları ətrafında Çin fəallığı ilə bağlı "suverenliyin pozulması" bəyanatını verib.
Malik Atilay
çap et