Vyetnam və Almaniya peşə hazırlığı və peşəkar işçi qüvvəsi mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
525.az xəbər verir ki, Vyetnamın paytaxtı Hanoyda Almaniya kansleri Olaf Şolz və Vyetnamın baş naziri Minh Çihn arasında görüş keçirilib.
Vietnam News xəbərinə görə; Görüş zamanı tərəflər peşə hazırlığı və peşəkar insan resursları mübadiləsi sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib, müdafiə, enerji və işçi qüvvəsi üzrə bir sıra sazişlər imzalayıblar.
Mətbuat konfransında razılaşma açıqlanarkən Baş nazir Çihn Şolzun səfərinin iki ölkə arasında münasibətlərdə yeni mərhələ olduğunu və bunun da strateji müttəfiqlik və əməkdaşlığın genişlənməsinə imkan verdiyini vurğulayıb.
Vyetnamın Cənubi Asiyada Almaniyanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən Çinh Almaniyaya COVID-19 ilə mübarizədə göstərdiyi dəstəyə görə təşəkkür edib. Çinh bəyan edib ki, tərəflər siyasi etimadı, davamlı inkişafı və iqtisadi dirçəlişi dəstəkləmək, qlobal çağırışlar qarşısında yaxından və effektiv hərəkət etmək barədə razılığa gəliblər.
Almaniya hökumətinə şirkətləri Vyetnamda rəqəmsal transformasiya, bərpa olunan enerji və istehsal sənayesi kimi sahələrə sərmayə qoymağa təşviq etməyi tövsiyə etdiyini bildirən Çinh, iki ölkənin regional və qlobal təşkilatlarda bir-birini dəstəkləməyə davam edəcəyini bildirib.
Malik Atilay
çap et