525.Az

Britaniya və Fransa arasında immiqrasiya müqaviləsinə yenidən baxılacaq


 

Britaniya və Fransa arasında immiqrasiya müqaviləsinə yenidən baxılacaq<b style="color:red"></b>

Britaniyanın daxili işlər naziri Suella Braverman miqrantların La-Manş boğazından keçməsini dayandırmaq üçün Parisdə yenidən işlənmiş sazişi imzalayacaq.

525.az xəbər verir ki, yenidən işlənmiş müqaviləyə əsasən, Britaniyanın Fransaya patrul üçün ödədiyi illik 55 milyon funt sterlinq 63 milyon funt-sterlinqə qədər artırılacaq. 

Fransa sahillərində patrul heyətinin sayı 200-dən 300-ə qədər artacaq. Bu il 40 mindən çox insan La-Manş boğazını keçərək İngiltərəyə gedib. Bu rəqəm yeni rekord kimi qeydə alınıb. 

Keçidlərdən sonra reaksiyaların mərkəzində İngiltərə naziri Braverman olub. Keçən ay bildirildi ki, Böyük Britaniya sığınacaq axtaranlar üçün otellərə gündə təxminən 7 milyon funt sterlinq xərcləyir.

Malik Atilay

 





14.11.2022    çap et  çap et