525.Az

Natasa Pirc Musar Sloveniyanın ilk qadın prezidenti oldu


 

Natasa Pirc Musar Sloveniyanın ilk qadın prezidenti oldu<b style="color:red"></b>

Sloveniyada keçirilən prezident seçkilərinin ikinci turunda 86,7 faiz səs toplayan Natasa Pirc Musar ölkənin ilk qadın prezidenti olub.

525.az xəbər verir ki, oktyabrın 23-də Sloveniyada keçirilən prezident seçkilərində 7 namizəddən heç biri 50 faiz səs toplaya bilmədiyi üçün seçki ikinci tura buraxılıb.

Seçkinin ikinci turunda səsvermə prosesi başa çatdıqdan sonra səslərin 86,7 faizi hesablanıb. 

Qeyri-rəsmi nəticələrə görə, Sloveniya Pirat Partiyası və Avropa Yaşıllar Partiyasının dəstəklədiyi Natasa Pirc Musar 53,83 faiz səslə qalib gəlib. Musar ölkənin ilk qadın prezidentidir.

Malik Atilay

 





14.11.2022    çap et  çap et