525.Az

Almaniyada iqtisadi daralma gözlənilir


 

Almaniyada iqtisadi daralma gözlənilir<b style="color:red"></b>

Almaniyada enerji qiymətləri və inflyasiya artmaqda davam etdikcə, alıcılıq qabiliyyətinin müvafiq itkisi ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) artımına da təsir edir.

525.az xəbər verir ki, Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyi ölkə iqtisadiyyatına dair aylıq hesabatını dərc edib. Üçüncü rübün Almaniya iqtisadiyyatı üçün gözləniləndən daha yaxşı keçdiyini və iqtisadiyyatın böyüdüyünü vurğulayan hesabatda: "Bununla belə, federal hökumət 2022/23 qış yarımilində iqtisadi məhsuldarlığın azalacağını gözləyir, nəticədə 2023-cü il üçün ÜDM-in orta artım tempi bir qədər mənfi ola bilər", - ifadələrinə yer verilib.

Üçüncü rübün sonunda sənaye istehsalının yenidən artdığı vurğulanan hesabatda, tələbin nəzərəçarpacaq dərəcədə azalması ilə gələcək aylar üçün proqnozun mənfi olduğu qeyd edilib. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya Moskvanın "Şimal axını 1" qaz kəməri ilə qaz axınını dayandırmaq qərarı ilə yaranan spiral enerji böhranı ilə üzləşib. Rusiya-Ukrayna müharibəsi ilə bağlı narahatlıqlar enerji təchizatı üzərində ağırlaşmaya davam edərkən, Almaniya hökuməti bu qış sənayenin təkərlərini döndərmək, işıqları yandırmaq və evləri isti saxlamaq üçün mübarizə aparır. Ölkədə enerji və ərzaq xərclərinin artması inflyasiyanı yuxarıya doğru yatırsa da, ev təsərrüfatları və şirkətlər üçün də ağırlıq yaradır. Sentyabrda 10 faiz olan illik inflyasiya, enerji və ərzaq qiymətlərindəki son artımla oktyabrda  10,4 faizə yüksələrək 1951-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Qeyd edək ki, hökumət bu il iqtisadiyyatda 1,4 faiz artım, gələn il isə 0,4 faiz daralma gözləyir.

Məhəmməd Tağıyev

 





14.11.2022    çap et  çap et