525.Az

Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək


 

Tatarıstan Prezidenti Azərbaycana səfər edəcək<b style="color:red"></b>

 Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.

Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyindən 525.az-a verilən məlumata görə, R.Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.

Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.

 





15.11.2022    çap et  çap et