525.Az

Fizika fənni üzrə müsabiqənin ikinci mərhələsinin nəticələri açıqlanıb


 

Fizika fənni üzrə müsabiqənin ikinci mərhələsinin nəticələri açıqlanıb<b style="color:red"></b>


Fizika fənni üzrə 8-9-cu siniflər arasında keçirilən müsabiqənin II mərhələsinin nəticələri açıqlanıb.

Təhsil İnstitutundan 525.az-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 50 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar. Nəticələri olimpiada.edu.az saytına daxil olaraq əldə etmək mümkündür.

Final mərhələsi noyabrın 26-da saat 10:00-da Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək.

Müsabiqə uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilib.

Sevinc Qarayeva 

 





15.11.2022    çap et  çap et