525.Az

BDU-nun tələbələri layihələrin idarə olunması barədə məlumatlandırılıb


 

BDU-nun tələbələri layihələrin idarə olunması barədə məlumatlandırılıb<b style="color:red"></b>


Bakı Dövlət Universiteti (BDU) ilə “Paşa Sığorta” ASC arasında əməkdaşlıq memorandumuna uyğun olaraq tələbələr üçün “Layihələrin idarə olunmasında “Agile” yanaşması” mövzusunda təlim keçirilib.

Bu barədə 525.az-a BDU-dan məlumat verilib.

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov “Agile” yanaşmasının dövrün daha çox tələb olunan layihə idarəetmə növlərindən olduğunu bildirib və sektorun əmək bazarının yeni çağırışları istiqamətində apardığı fəaliyyətdən bəhs edib.

“Agile” Transformasiya Xidmətinin kouçu Elnur Məmmədli bu metodologiyanın yaranma tarixi, layihələrin idarə olunmasında tətbiqi haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, “Agile” bazarda baş verən bütün dəyişikliklərə, müştərilərin ehtiyaclarına, məhsullara olan tələblərə çevik reaksiya verə bilmək üçün bir yanaşmadır. Əmək bazarında bu sahəyə olan tələb hər keçən gün daha da artır.

Təlimin sonunda iştirakçılara şirkət tərəfindən sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub.

Sevinc Qarayeva 

 

 





15.11.2022    çap et  çap et