525.Az

UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub


 

UNEC-də nəşr olunan elmi jurnalların mövcud vəziyyəti müzakirə olunub  <b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəşr olunan elmi jurnalların mövcud vəziyyətini müzakirə etmək məqsədilə rektor professor Ədalət Muradov müvafiq struktur rəhbərləri ilə görüşüb.

UNEC-dən 525.az-a verilən məlumata görə, görüşdə rektor universitetin strateji hədəflərindən söz açıb. Bildirib ki, 2030-cu ilədək “Web of Science” və “Scopus” bazalarında UNEC-in 3 elmi jurnalının indekslənməsi əsas hədəflər sırasındadır. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir.

Sonra elm üzrə prorektor professor Sakit Yaqubov UNEC-də nəşr olunan jurnalların mövcud vəziyyəti barədə təqdimatla çıxış edib, hədəflər, problemlər və görülən işlər haqqında məlumat verib.

Təqdimatdan sonra təkliflər səsləndirilib.

Sevinc Qarayeva 

 





15.11.2022    çap et  çap et