525.Az

Planetdəki bütün buzlar ərisə nə baş verəcək? 


 

Planetdəki bütün buzlar ərisə nə baş verəcək? <b style="color:red"></b>

Buzlaqlar Yer kürəsinin təxminən 10%-ni əhatə edir. Şirin su ehtiyatlarının 70%-ə qədəri onlarda cəmləşib. Bəs buzlaqlar ərisə yer kürəsini nə gözləyir? Dünya okeanlarında suyun səviyyəsi nə qədər artacaq?

Orta temperaturun daimi artımını nəzərə alsaq, bütün buzlaqların tam əriməsi üçün minillər lazımdır. Ancaq bu baş versə və əriyən buzlaqların suyu okeanlarda toplansaydı fəlakətlərlə üzləşərdik.

İrvindəki Kaliforniya Universitetinin alimləri hesablayıblar ki, Qrenlandiyanın buzlaqları ərisə, dəniz səviyyəsi 7,4 metr qalxacaq. Yalnız Antarktidanın buzlaqları ərisə, suyun səviyyəsi 58 metr qalxacaq. Bütün buzlaqlar ərisə, suyun səviyyəsi 65 metr qalxacaq. Okeanların duzluluğunun azalması isə bəzi balıq növlərinin nəslinin kəsilməsinə səbəb olacaq. Bu həm okean ekosistemində, həm də zəncirvari reaksiyaya və qlobal ekoloji fəlakətə səbəb ola bilər. Okean suyunun duzluluğu azalarsa, o zaman yeraltı sular da artacaq. Bu da şoran torpaqların sahəsinin artmasına və əkin sahələrinin duzlu qrunt suları ilə suvarılmasının mümkünsüzlüyünə gətirib çıxaracaq. Əgər bəşəriyyət mədən yanacaqlarını yandırmağa və atmosferə karbon qazı buraxmağa davam edərsə, o zaman qlobal istiləşmə sonda qütblərdə və dağ zirvələrindəki bütün buzları əridəcək. Hazırda planetdə 5 milyon kub mildən çox buz var. Alimlərin fikrincə, bütün bu ehtiyatları əritmək üçün 5000 ildən çox vaxt lazım olacaq. 

Buzlaqların əriməsi qitələrdə hansı dəyişikliklərə səbəb olacaq?

Amerika

Şimalda Amazon hövzəsi, Cənubda Paraqvay çayı hövzəsi Atlantik Okeanında yox olacaq. Buenos-Ayres, sahilyanı Uruqvay və Paraqvayın böyük hissəsi tamamiylə xəritədən silinəcək. Karib dənizi sahilləri və Mərkəzi Amerika dağlıq ərazilər olacaq.

Afrika 

Afrika digər qitələrə nisbətən daha az torpaq itirəcək, lakin daha isti temperatur onun çox hissəsini yaşayış üçün yararsız edə bilər. Misir, İsgəndəriyyə və Qahirə Aralıq dənizinin suları altında qalacaq.

Avropa

Londondan yalnız xatirələr qalacaq, Venesiya Adriatik dənizi suları altında qalacaq. Min illər sonra üçün nəzərdə tutulan bu ssenaridə Niderland su altında qalacaq, Danimarkanın çox hissəsi də yox olacaq. Aralıq dənizinin daşqın suları Qara dənizə və Xəzərə qovuşacaq.

Asiya

Hazırda 600 milyon çinlinin yaşadığı torpaqlar, 160 milyonluq Banqladeş və Hindistanın əksər sahilyanı əraziləri su altında qalacaq. Mekonq deltasının daşması Kambocadakı Kardamom dağlarının adaya çevrilməsinə səbəb olacaq.

Avstraliya

İndi əsasən səhra olan qitənin daxili dənizi olacaq, lakin dar sahil zolağının çoxu su altında qalacaq. Hazırda  beş avstraliyalıdan dördü məhz bu ərazidə yaşayır.

Antarktika

Şərqi Antarktidanın buz təbəqəsi o qədər böyükdür ki, planetdəki bütün buzların beşdə dördünü ehtiva edir. Qrenlandiya buz təbəqəsi kimi, Qərbi Antarktida buz təbəqəsi də əvvəlki isti dövrlərdə daha kiçik idi. Onun çox hissəsi dəniz səviyyəsindən aşağıda möhkəm qayalıqda olduğu üçün həssasdır. İstiləşən okean buz təbəqəsini aşağıdan əridir və onun dağılmasına səbəb olur. 1992-ci ildən bəri hər il orta hesabla 65 milyon ton buz itirilib.

Havar Şəfiyeva

 





15.11.2022    çap et  çap et