525.Az

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb


 

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

525.az“Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər “G 20”liyin İndoneziyanın Bali adasında keçirilən IX Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan sammit zamanı ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpinlə görüşüb.

Xatırladaq ki, C.Meloni bu ilin oktyabrında vəzifəyə gəlib. Ondan əvvəl İtaliyanın Baş naziri Mario Dragi idi.

 

 





15.11.2022    çap et  çap et