525.Az

"Çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir"


 

"Çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir"<b style="color:red"></b>

"Uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir, Elm və Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb. Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri ləğv olunan, amma nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan bu iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar".

525.az xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov bildirib.

Ekspert bildirib ki, çantaya hər fənn üzrə iş dəftərlərinin yığılması da onu ağırlaşdıran səbəblərdəndir:

"Halbuki uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilər. Vəziyyətdən çıxış yolu kimi Nazirlər Kabinetinin "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"nda rəqəmsal dərslik - rəqəmli, mətnli, qrafik, audio, video və digər materialların məcmusundan ibarət elektron daşıyıcıda olan dərsliklərdən istifadəni görürəm".

Sevinc Qarayeva 

 

 





15.11.2022    çap et  çap et