525.Az

İŞİD Veysəl Karaninin türbəsini partlatdı


 

İŞİD Veysəl Karaninin türbəsini partlatdı<b style="color:red"></b>

Suriyanın Rakka şəhərindəki Veysəl Karaninin türbəsinin partladılmasını özündə əks etdirən video yayılıb.

Lent.az-ın xəbərinə görə, İŞİD terror təşkilatı tərəfindən partladılan türbəyə yüksək miqdarda partlayıcı yerləşdirilib.

Qısa müddətdə ərzində türbənin partladılacağını açıqlayan İŞİD mart ayında türbənin minarələrini dağıtmışdı.

Şiələrə aid olan türbə şirk (Tanrıya şərik qoşmaq) adı altında partladılıb.

Yəməndən olan Veysəl Karani Məhəmməd peyğəmbərin dövründə yaşayıb. Deyilənlərə görə, Veysəl Karani Süffeyn döyüşündə Əlinin tərəfində vuruşaraq şəhid olub.

 





23.06.2014    çap et  çap et