525.Az

Fransada qış aylarında elektrik enerjisi kəsilə bilər


 

Fransada qış aylarında elektrik enerjisi kəsilə bilər<b style="color:red"></b>

Fransada milli şəbəkə operatoru bu qış mümkün elektrik kəsintiləri barədə xəbərdarlıq edib.

525.az xəbər verir ki, Fransanın enerji provayderi EDF bildirib ki, bu qış ölkədə bir neçə gün elektrik enerjisi kəsilə bilər, çünki işləyən atom elektrik stansiyalarının sayı həmişəkindən azdır. 

Bloomberg-in xəbərinə görə, atom elektrik stansiyalarında aparılan texniki-təmir işləri sistemi alt-üst edə və Fransanı “ixracatçı”dan “idxalçı”ya çevirə bilər. Fransa hökuməti elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün əhalini enerjiyə qənaət etməyə çağırıb. 

Mümkün elektrik kəsilməsi halında, istehlakı azaltmaq üçün 3 gün əvvəl "Ecowatt" qırmızı siqnalı işə salınacaq. 

Qeyd edək ki, Fransa elektrik enerjisinin təxminən 70 faizini ölkədəki 56 nüvə reaktorundan alır. EDF bazar ertəsi elan etdi ki, bu reaktorlardan yalnız 31-i işləyir. Şirkət dekabr və yanvar aylarında 40-dan çox qurğunu istifadəyə verməyi hədəfləyir.

Malik Atilay

 





15.11.2022    çap et  çap et