525.Az

Aİ İranla "danışıqları" müzakirə edir


 

Aİ İranla "danışıqları" müzakirə edir<b style="color:red"></b>

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell “sanksiyaların ləğvi üzrə danışıqları” müzakirə ediblər.

525.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanata görə, Abdullahiyan və Borrell telefonla danışıb və nüvə araşdırmalarına görə İrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqları və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında əməkdaşlığı müzakirə ediblər.

Bəyanatda görüşün təfərrüatları açıqlanmayıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə İrandan bir nümayəndə heyətinin Vyanaya getdiyini və MAQATE rəsmiləri ilə görüşdüyünü və danışıqları davam etdirmək üçün MAQATE-dən bir heyətin İrana gəlməsi barədə razılığa gəlindiyini bildirib.

Malik Atilay

 





15.11.2022    çap et  çap et