525.Az

Akademiyada seçkilərin vaxtı dəyişdirildi


 

Akademiyada seçkilərin vaxtı dəyişdirildi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının  həqiqi və müxbir üzvlüyünə keçiriləcək seçkilərin vaxtı dəyişdirilib. Belə ki, akademiyanın rəyasət heyətinin may ayında keçirdiyi iclasında seçkilər  iyunun 27-ə planlaşdırılmışdı.

Rəyasət heyətindən Modern.az-a verilən məlumata görə seçkilər iyunun 27-dən   30-na salınıb.

Qeyd edək ki, seçkilərdə 50-dən artıq yeni üzvün seçilməsi nəzərdə tutulur. Həmin yerlər üçün isə 160 namizəd müəyyənləşdirilib. Elmi qurumda bu təyinatlı sonuncu seçki 7 il bundan əvvəl keçirilib.

 





23.06.2014    çap et  çap et