|
|
|
|
İnsanların bəziləri ailələrinə görə, bəziləri iqtisadi, bəziləri isə digər səbəblərdən ölkəsinin böyük şəhərlərində məskunlaşmağa üstünlük verir. Həmin şəhərlərdə olan tıxac, bina sayı, səs-küy və s. bir çoxlarına xoş olmasada, onlar bu amillərə rəğmən meqapolislərdə həyatlarına davam edirlər.
525.az olaraq sizə ən çox əhalisi olan şəhərləri təqdim edirik.
1. Tokio - Yaponiya, Asiya (37 milyon 732 min)
2. Cakarta- İndoneziya, Asiya (33 milyon 756 min)
3. Delhi- Hindistan, Asiya (32 milyon 226 min)
4. Quançjou- Çin, Asiya (26 milyon 940 min)
5. Mumbay- Hindistan, Asiya (24 milyon 973 min)
6. Manila- Filippin, Asiya (24 milyon 922 min)
7. Şanxay- Çin, Asiya (24 milyon 73 min)
8. San Paulu- Braziliya, Cənubi Amerika (23 milyon 86 min)
9. Seul- Cənubi Koreya, Asiya (23 milyon 16 min)
10. Mexiko- Meksika, Cənubi Amerika (21 milyon 804 min)
11. Nyu-York- ABŞ, Şimali Amerika (21 milyon 509 min)
12. Qahirə- Misir, Afrika (20 milyon 296 min)
13. Dəkkə- Banqladeş, Asiya (18 milyon 627 min)
14. Pekin- Çin, Asiya (18 milyon 522 min)
15. Kəlkətə- Hindistan, Asiya (18 milyon 502 min)
Məhəmməd Tağıyev