525.Az

Rusiyadan aktyor Cim Kerriyə sanksiya qərarı


 

Rusiyadan aktyor Cim Kerriyə sanksiya qərarı<b style="color:red"></b>

Rusiya Xarici İşlər Nazirliyi aktyor Cim Kerri də daxil olmaqla 100 Kanada vətəndaşına sanksiya tətbiq etmək qərarına gəlib. 

525.az xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada Kanadanın Rusiya rəhbərliyinə, biznes, ətraf mühit və mədəniyyət nümayəndələrinə, siyasətçilərə, deputatlara və ekspertlərə qarşı sanksiyalarını davam etdirdiyi bildirilib. 

Buna cavab olaraq 100 kanadalı sanksiya siyahısına salınaraq Rusiyaya girişi qadağan edilib və sözügedən adların siyahısı dərc edilib. 

Siyahıya Kanadanın yüksək rütbəli məmurları ilə yanaşı, iş adamları, fəallar, mətbuat və maliyyə qurumlarının nümayəndələri də daxil edilib. 

Sanksiya siyahısında məşhur kinoaktyor Cim Kerri də var. Rusiya Xarici İşlər Nazirliyi noyabrın 11-də 200 ABŞ vətəndaşının da sanksiya siyahısına salındığını və ölkəyə girişinin qadağan edildiyini bildirib.

Malik Atilay

 





15.11.2022    çap et  çap et