Böyük Britaniya İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da daxil olmaqla 24 iranlı məmura insan haqlarının pozulmasına görə cavabdeh olduqlarını əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.
525.az xəbər verir ki, İngiltərə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan etirazların zorakılıqla yatırılmasına rəhbərlik edən İran hakimiyyətinə Böyük Britaniya və beynəlxalq tərəfdaşların koordinasiyalı sanksiyalar tətbiq etmək qərarına gəldiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, İran polisinin nəzarətində olarkən dünyasını dəyişən Məhsa Əminin ölümündən sonra İran rəsmiləri etirazlara şiddətlə cavab verib, yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olub.
Bəyanatda 22 siyasi və təhlükəsizlik rəsmisinə, o cümlədən İranın rabitə və informasiya texnologiyaları naziri Zarepura və İran Kibertəhlükəsizlik Polisinin direktoru Vahid Məcidə sanksiya tətbiq ediləcəyi açıqlanıb.
Qeyd edək ki, bu şəxslərə qadağa qoyulacaq və onların ölkədəki aktivləri dondurulacaq.
Malik Atilay
çap et