London birjasının soyuq hava proqnozları ilə Avropada qaz qiymətləri 11 faiz bahalaşıb.
525.az xəbər verir ki, London qitələrarası birjasının (ICE) məlumatına görə, Avropa İttifaqında (Aİ) təbii qazın qiyməti bu gün 11 faiz artaraq min kubmetr üçün 1350 dolları keçib.
TTF-nin Niderlanddakı baş ofisində dekabr ayı üçün qaz fyuçerslərinin qiyməti 6,9 faiz artaraq min kubmetr üçün 1294 dollara, daha sonra isə 1344 dollara yüksəlib.
Mütəxəssislər təbii qazın qiymətinin artmasının səbəbini qitənin ən böyük ixracatçısı olan Norveçin enerji xərclərini artırması ilə qaz təchizatında yaşanan problemləri göstərirlər.
Sinoptik Maxar Technologies isə bildirib ki, uzun müddət davam edən qeyri-adi mülayim havadan sonra həftəsonuna doğru temperatur orta səviyyədən aşağı düşəcək. Berlində isə tempraturun sıfırdan aşağı düşəcəyi gözlənilir.
Qış tədarükü ilə bağlı narahatlıqlar Aİ-nin daha çox yanacaq ehtiyatı yığmasına səbəb olub. Məlumatlar göstərir ki, qitənin qaz anbarları 95,5 faiz doludur.
Fərid Sançar
çap et