525.Az

ABŞ Rusiya üçün müəyyən güzəştlər edə bilər


 

ABŞ Rusiya üçün müəyyən güzəştlər edə bilər<b style="color:red"></b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyada keçirilən G20 Liderlər Sammitindən sonra verdiyi açıqlamada Rusiya gübrələrinin və taxılının ixracına maneələrin aradan qaldırılması üçün ABŞ və Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatına (BMT) yazılı zəmanətlər təqdim etdiyini bildirib.

525.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Sammitindən sonra jurnalistlərə açıqlama verib. Lavrov Rusiyanın G20-dəki mövqeyi, Qərb ölkələrinin Rusiyaya qarşı siyasətləri və Ukrayna böhranı, o cümlədən noyabrın 19-da başa çatacaq taxıl sazişi və onun uzadılması ilə bağlı danışıqların hələ də davam etdiyi barədə danışıb. Lavrov Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılması ilə yanaşı, eyni müqavilə çərçivəsində Rusiya taxılının və gübrəsinin də dünya bazarına çıxarılmasının ölkəsinə tətbiq edilən məhdudiyyətlər səbəbilə qeyri-mümkün hala gəldiyini və bunun davam etdiyini deyib. Lavrov bu problemi həll etmək üçün BMT tərəfi ilə danışıqlar apardıqlarını bildirib.

İstanbulda imzalanan sazişin yenilənməsinin Moskvanı qane edəcək şəkildə mövcud problemlərin həllindən asılı olduğunu deyən Lavrov, məsələ ilə bağlı G20 sammitində BMT-nin Baş katibi Antonio Quterreşlə ikitərəfli görüş keçirdiyini bildirib.

Lavrov bildirib ki, önəmli olan verilən vədlərin kağız üzərində deyil, praktikada tətbiq edilməsidir: "Bugünkü iclasda BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Aİ-nin ona verdiyi vədləri yazılı şəkildə izah etdi. Əgər onlar həyata keçirilərsə, gübrə və taxılımızın ixracı qarşısındakı maneələr aradan qaldırılacaq. Bununla belə, önəmli olan onların kağız üzərində deyil, praktikada necə tətbiq olunmasıdır. Ümid edirəm ki, bu sözlər yerinə yetiriləcək. Ən azından BMT-nin Baş katibi bu öhdəliklərin yerinə yetirilməsinin onun üçün prioritet olduğunu deyib”, - Lavrov bildirib.

 Lavrov həmçinin deyib ki, Quterreş Ukrayna böhranında obyektiv mövqe tutmalıdır.

Ukrayna ilə danışıqlara hazır olduqlarını bir daha dilə gətirən Rusiya XİN rəhbəri: "Prezidentimiz (Vladimir Putin - red.) tərəfindən çoxlu bəyanatlar verildi ki, biz danışıqların əleyhinə deyilik”, - deyə qeyd edib.

Habelə Ukrayna prezidenti Zelenskinin G20 sammitindəki çıxışını dəyərləndirən Lavrov, hər bir iştirakçıya 3 dəqiqə çıxış vaxtı verildiyi halda, Zelenskinin 20 dəqiqə danışmasından narazı olub. Lavrov Zelenskinin G20 sammitindəki çıxışının Rusiya düşmənçiliyinin təzahürü olduğunu bildirib və Ukrayna böhranının həlli üçün 10 bəndlik plan təklif edən Zelenskinin şərtlərini real hesab etmədiyini bildirib. 

Fərid Sançar

 





15.11.2022    çap et  çap et