525.Az

Beyləqanda yazıçı Pərvinlə görüş keçirilib


 

Beyləqanda yazıçı Pərvinlə görüş keçirilib<b style="color:red"></b>

Bu günlərdə Beyləqan Tarix-Diyarşünaslıq Muzeyində tanınmış yazıçı, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva ilə görüş keçirilib.

Mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, regionada yaşayan qələm adamlarının iştirakı ilə baş tutan görüşü giriş sözü ilə Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı açıb. İdarə rəisi ölkəmizin önəmli imzaları, ədəbiyyat-mədəniyyət adamları ilə bölgələrdə görüşlərin keçirilməsinin əhəmiyyətindən, bu görüşlərin rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanmasından bəhs edib, Regional İdarənin ötən dövr ərzində həyata keçirdiyi tədbirlərdən geniş söhbət açıb.

525.az xəbər verir ki, görüşün moderatoru yazar, ədəbiyyatşünas Ramil Əhməd müəllifin “Vəziyyət ruscadır”, “Anar dünyası”, “Qadın olmaq”, “Balerina”, “190 yaşlı həmdəmim” kitabları və “Qobustan” jurnalı haqqında tədbir iştirakçılarına qısa məlumat verib. Daha sonra Pərvin Nurəliyeva ədəbiyyat haqqında düşüncələrini paylaşdı, oxucuları maraqlandıran sualları cavablandırıb.

Yazıçının əsərlərinin bəzilərinin şagirdlər tərəfindən daha öncədən oxunması, müəllifin pyeslərindən birini məktəbdə tamaşaya qoymaq istədiklərinin bildirilməsi tədbirin yadda qalan məqamlarından olub.


 

 





15.11.2022    çap et  çap et