Bu ilin iyul-sentyabr dövründə Yaponiya iqtisadiyyatı illik həcmdə 1,2 faiz kiçilib.
525.az xəbər verir ki, Nazirlər Kabineti (Kantei) Yaponiyanın Ümumi Daxili Məhsulu (ÜDM) ilə bağlı ilkin maliyyə məlumatlarını açıqlayıb. İnflyasiya nəzərə alınmaqla real ifadədə ÜDM ilin üçüncü rübündə illik 1,2 faiz, əvvəlki rüblə müqayisədə isə 0,3 faiz azalıb. Xüsusi istehlakın durğunluğu və idxalın artması ilə yaşanan daralmada COVID-19 tədbirlərinin iqtisadiyyata təsirlərinin davam etdiyi vurğulanıb.
Sözügedən dövrdə idxal 5,2 faiz, ixrac isə 1,9 faiz artıb. Alt-maddələrə baxıldığında, fərdi istehlak 0,3 faiz, kapital qoyuluşları isə 1,5 faiz artmışdır. Rəsmi "Kyodo" agentliyinin orta bazar proqnozlarına görə isə, 3 aylıq dövrdə ÜDM-in 1,2 faiz artacağı gözlənilirdi.
Məhəmməd Tağıyev
çap et